ədəbi irs

a literary legacy литературное наследство
ədəbi əlyazmalarında
ədəbi qiraət
OBASTAN VİKİ
İrs
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Rəqəmsal irs
Rəqəmsal irs (ing. Digital heritage) — mədəniyyət, təhsil, elm, idarəetmə resurslarından, həmçinin texniki, hüquqi, tibbi və digər xarakterli informasiyadan ibarətdir. Yəni, rəqəmsal irs rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslarından rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elm və idarəetmə sahələrinə aid resursları, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən məfhum kimi müəyyən edilir. İstənilən halda onlar insanlar tərəfindən zaman və ərazi sərhədlərindən asılı olmayaraq istifadə edilir. Rəqəmsal materiallar fasiləsiz artan, müxtəlif formatlarda təqdim edilən mətn sənədlərinidən, verilənlər bazasından, hərəkətsiz və hərəkətli təsvirlərdən, səsli və qrafik materiallardan, proqram təminatı və veb-səhifələrdən ibarətdir. Çox vaxt bu materiallar qısa müddətə yazılır və onların yaradılması, saxlanması və idarə edilməsinə yönələn məqsədyönlü tədbirlərin görülməsini tələb edir. Bu resursların çoxu uzunmüddətli dəyərə və əhəmiyyətə malikdirlər, indiki və gələcək nəsillər üçun qorunması və saxlanması zəruri olan irsi özündə əks etdirir. Belə fasiləsiz artan irs istənilən dildə, dünyanın istənilən yerində mövcud ola bilər və istənilən insan bilikləri və ifadə formaları sferasına aid ola bilər. Хартия о сохранении цифрового наследия, Принята 15 октября 2003 года, (Резолюция принята по докладу Комиссии V на 18-м пленарном заседании 15 октября 2003 г. Доклад Генерального директора относительно проекта Хартии о сохранении цифрового наследия, Организация Объединенных Наций по вопросам образования, науки и культуры Исполнительный совет EX, Сто шестьдесят четвертая сессия, 164 EX/21, Париж, 9 апреля 2002 г.
İRS cizgi
İRS cizgi — vətənpərvər ruhda milli və tarixi qəhrəmanlar üzərindən oxuculara məntiq, mühəndislik, dünyagörüşü kimi bilgiləri çatdıran cizgi film, roman, oyuncaq, oyun, animasiya və s. kimi məhsullar üzərində çalışan bir komanda. İRS cizgi komandası 2017-ci ildə Anar Əkbərli tərəfindən yaradılmışdır. Hədəfləri milli və elmi formatda oxuculara dünyagörüşü , məntiq və mühəndislik sahələrində bilgi verən cizgi, roman, oyuncaq, oyun və animasiyaların yaradılmasıdır. İşlərində daha çox milli və tarixi qəhrəmanları daha fərqli, daha çox günümüzə uyğun şəkildə təsvir edirlər. 2017-ci ildə İRS cizgi yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib. Komiksin Mərkəzi Elmi Kitabxanada, Bakutel sərgisində təqdimatı keçirildi. Bu komiks Azərbaycanda bu sahədə ilk uğurlu layihədir. İstənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır.
İrs Partiyası
İrs Partiyası — Ermənistanda müxalif siyasi partiya Partiya 2002-ci ildə Raffi Hovanisyan tərəfindən yaradılıb. 2007-ci il parlament seçkilərində partiya 7, 2012-ci ildə isə 5 mandat qazanmışdır. 2013-cü il Ermənistan Respublikası Prezidenti seçkilərində partiyanın namizədi Raffi Hovanisyan səslərin 36.75%-ni qazanaraq ikinci yeri tutdu.
İrs (film)
İrs (ing. Hereditary) — Ari Asterin 2018-ci ildə çəkdiyi qorxu filmi. Filmdə bir ailə nənəsinin ölümündən sonra bir sıra narahatedici hadisələr yaşayır. Ailə onları təqib etməyə başlayan pis qüvvə və öz əcdadları haqqında qaranlıq sirləri açmağa başlayır. Toni Collette — Enni Qrem, miniatür sənətçisi Gabriel Byrne — Stiv Qrem, psixiatr və Enninin əri Alex Wolff — Piter Qrem, Enni və Stivin 16 yaşlı oğlu Milly Shapiro — Çarli Qrem, Enni və Stovin 13 yaşlı qızı Ann Dowd — Joan, Enni ilə dostluq edən dəstək qrupu üzvü Mallory Bechtel — Bridget, Peterin məktəb yoldaşı və sevdiyi web.archive.org/web/20200801050306/http://hereditary.movie/ — İrs rəsmi saytı İrs — Internet Movie Database saytında.
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
Ədəbi dil
Ədəbi dil, standart dil və ya standart ləhcə – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi və bədii əsərlərdə, mətbuatda və idarəçilik aparatında, televiziya və radioda, məktəblərdə işlədilən dildir. Dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. Dilin standartlaşması davamlı bir prosesdir. Bəzən bir dilin müxtəlif ədəbi versiyası ola bilər. Müxtəlif standart versiyası olan dillərə çox mərkəzli dil deyilir. Yeganə standartı olan tək mərkəzli dillər arasında rus və yapon dillərini qeyd etmək olar. Azərbaycan Respublikasında standart azərbaycanca rəsmi dildir, Cənubi Azərbaycanda isə Təbriz mərkəzli standart mövcuddur. Standart çincə (çin. 普通话) mandarin dilinin standart versiyasıdır.
Ədəbi icmal
Ədəbi icmal və ya narrativ icmal — müasir dünya ədəbi tənqidinin əsas janrlarından biridir. Ədəbi prosesi nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək istiqamətində aparılan ümumi səpkili araşdırmadır. Ədəbi icmal müəyyən bir mövzuya nəzəri və metodoloji töhfələr daxil olmaqla mövcud məlumatları ümumiləşdirən elmi-nəzəri tədqiqatdaır. Daha çox akademik yönümlü bu cür icmallar akademik dərgilərdə yayınlanır və eyni nəşrdə görünə biləcək kitab icmalları ilə qarışdırılmamalıdır. Ədəbi icmallar demək olar ki, hər akademik sahədə tədqiqat üçün əsas götürülə bilər. Yeni tədqiqat aparan, müvafiq ədəbiyyatın təməlindəki mövcud araşdırmanın vəziyyətini canlandırmağa və oxucu üçün kontekst yaratmağa xidmət edən yazının bir hissəsi kimi yarana bilər. Belə bir vəziyyətdə təhlil ümumiyyətlə işin metodologiyası və nəticələr bölmələrindən əvvəl gəlir. Ədəbi icmalı hazırlamaq, tezis, dissertasiya və ya dərgi məqaləsi hazırlamaq da daxil olmaqla, magistr və aspirant işinin bir hissəsi ola bilər. Ədəbiyyatla bağlı hər hansı bir tədqiqata başlamazdan ümumi səpkili dəyərləndirmə də ədəbi icmal hesab olunur. Ədəbi tənqidin və ədəbiyyatşünaslığın müstəqil janrı kimi ədəbi icmallar əsasən mətbuatın yaranması ilə paralel şəkidə meydana çıxmış və populyarlıq qazan-mışdır.
Ədəbi janrlar
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi. Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi məclislər
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi. Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi proses
Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir). Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “mollanəsrəddinçilər”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir. “Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir.
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Ədəbi İrəvan
Ədəbi janr
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Bazgəşti-ədəbi
Bazgəşti-ədəbi (fars. بازگشت ادبی‎; hərf. "ədəbi dönüş") — XVIII əsrdə İranda meydana çıxan və fars ədəbiyyatında "səbki-Xorasani" və İraq üslublarının geri qaytarılmasını müdafiə edən ədəbi üslub və hərəkatın adı. Əqiq, Gülnar. "QACARLAR SÜLALƏSİ DÖVRÜNDƏ POEZİYA VƏ BAZGƏŞT CƏRƏYANI" (PDF). Əlyazmalar yanmır (az.). AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. 9 (2). 2019. ISSN 2410-5600. Daadbeh, Asghar (2015).
Hərbi irs turizmi
Hərbi irs turizmi — insanların keçmiş hərbi obyektləri ziyarət etdiyi turizm növü. Burada keçmiş hərbi obyektlərdən savayı hərblə bağlı olan qurğuları da misal göstərmək mümkündür. Keçmiş Sovet Nüvə Mərkəzi Jemayçiy Kalvariya, Jemaytiya yaxınlığında işə salınmışdır. Keçmiş döyüş meydanı Nikaraqua inqilabı ərzində tikilmişdir. İnqilab Sandinitsa Milli Qurtuluş Cəbhəsinin etdiyi döyüş kampaniyasını da cəlb etmişdir. Bu zaman Nikaraquada hakimiyyət1978–1979-cu illərdə mövcud olmuş Samoza diktatoranlığının əlində idi.
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Gülüstan (ədəbi məclis)
"Gülüstan" — elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanovun rəhbəriliyi Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
Sovet ədəbi tənqidi
Sovet ədəbi tənqidi — Xarakter və mahiyyətini başa düşmək üçün sovet ədəbiyyatının ideologiya ilə əlaqələrinə diqqət yetirmək lazımdır. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının yaradılması, tezliklə onun güclü və mütəşəkkil bir təşkilata çevrilməsi, bütün yazıçıları öz ətrafında birləşdirməsi həmin zərurətdən irəli gəlmişdir. Öz növbəsində SSRİ Yazıçılar İttifaqlarının ayrıca ədəbi tənqid bölmələri, tənqid işinə baxan katibi var idi. Sovet İttifaqı sosial mahiyyətinə görə kommunist rejimi olduğundan ədəbiyyatın və ədəbi tənqidin də sosial mahiyyət kəsb edilməsinə çalışmış, buna yalnız 30-cu illərdən başlayaraq nail olunmuşdu. Sovet ədəbiyyatına və eləcə də ədəbi tənqidinə qoyulan əsas prinsipləri var. Həyatın necə əks olunması, yazıçının bütövlükdə dünyagörüşünün əsərdə necə əks olunması nəzərdə tutulur. Müxtəlif ictimai siniflərin, qrupların baxışlarının, əqidələrinin, ideallarının ədəbiyyatda və sənətin digər növlərində təzahür etməsidir, sinfiliyin bu və ya başqa mənada mənafe şəklində ədəbiyyata nüfuzudur. Ədəbiyyatda sinfilik ideyası sinifli cəmiyyətdə sinifsiz ədəbiyyatın qeyri-mümkünlüyü haqqında tezisə əasalanır. Təsadüfi deyil ki, sovet ədəbiyyatında ədəbiyyat iki sinifə-fəhlə və kəndli sinfinin mənafeyinə xidmət etməli idi. Belə bir fikir var ki, yazıçının dünyagörüşündə sinfilik ideyası onun yaradıcılıq imkanları ilə bir araya sığmır.
Qeyri-maddi mədəni irs
Qeyri-maddi mədəni irs (ing. intangible cultural heritage (ICH)) — YUNESKO-nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiya. YUNESKO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya ilə tənzimlənir. Qeyri-maddi mədəni irs anlayışı son illərdə geniş istifadə olunur. Bu anlayış əsasən mənəvi mədəniyyəti özündə cəmləşdirir. YUNESKO-nun 2003 – cü ilin 17 oktyabrında qəbul etmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyada Qeyri-maddi mədəni irsin tərifi, Qeyri-maddi mədəni irs siyahısının tərtib edilmə qaydaları, bu siyahıya daxil edilmə qaydaları öz əksini tapmışdır. Bu Konvensiyanın qəbulunu şərtləndirən əsas amillər: - qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılıq; - qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratması ilə yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmamazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyinin olması; - bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atması və bununla əlaqədar yaşanan ümumi narahatlıq; - icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynaması; - YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətin böyük əhəmiyyəti; - hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmaması; - mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacın olması; - qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyi; “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın məqsədləri aşağıdakılardır: (a) qeyri-maddi mədəni irsin qorunması; (b) aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi; (c) yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi; (d) beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi. “Qeyri-maddi mədəni irs” xüsusilə aşağıdakı sahələrdə aydın şəkildə üzə çıxır: (a) qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr; (b) ifaçılıq sənətləri; (c) sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; (d) təbiətə və kainata aid bilik və təcrübələr; (e) ənənəvi sənətkarlığa aid bilik və təcrübələr. Konvensiyaya qoşulan hər bir dövlət öz ərazisində olan qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir, icmaların, qrupların və müvafiq qeyri-hökumət təşkilatlarının iştirakı ilə öz ərazisində olan qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirməli və müəyyən etməlidir. Qoruma məqsədilə eyniləşdirmənin təmin edilməsi üçün hər bir İştirakçı Dövlət, özünün mövcud vəziyyəti nəzərə alınmaqla, öz ərazisində olan qeyri-maddi mədəni irsin bir və ya bir neçə siyahısını tərtib edir.
Tron: İrs (film, 2010)
"Tron: İrs" 2010 il amerikan elmi-fantastik filmi. 1982 il "Tron" filminin davamı və Cozef Kosinkinin rejissor debütüdür. Kevin Flinnin 27-yaşlı oğlu Sem öz atasının itkinliyini araşdırarkən onun 25 il ərzində yaşadığı kiber-aləminə düşür. Həmin kiber-aləm isə qəddar proqramlar və qladiator oyunlarının məkanıdır. Orada Kevinə Kvorra adlı döyüş proqramı (Oliviya Vayld) kömək edir.
Ədəbi portretlər (kitab, 2013)
Ədəbi portretlər — marksist jurnalist-yazar Məmməd Süleymanovun ikinci kitabıdır. Fransız yazıçısı Andre Moruanın (1885-1967) əsərinin adına müvafiq adlandırılan “Ədəbi portretlər” kitabında müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin bioqrafiyasının konkret dövründən və ya ayrıca götürülmüş əsərindən bəhs olunur. Kitab 19 əsr əvvəl yaşamış filosof-imperator Mark Avrelinin “Düşüncələr” əsəri ilə başlayır və müasir yazıçı Ameli Notombun “Sulfat turşusu” romanı haqqında qeydlərlə tamamlanır. Bəzi müəlliflər (Qabriele D`Annuntsio, Karl Kraus, Kurtsio Malaparte, Ernesto Kardenal və b.) barədə Azərbaycan dilində ilk dəfə bu kitabda yazılmışdır.
Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir ədəbi hadisənin başqa ədəbi hadisə ilə ideya yaradıcılıq əlaqələri. Ayrı-ayrı yazıçılar, yaxud ədəbi cərəyanlar, məktəblər və bütöv ədəbi dövrlər səviyyəsində yaranır. Ədəbiyyatla digər sənət növləri (teatr, rəssamlıq, musiqi və s.) arasında da əlaqə və qarşılıqlı təsir mövcuddur. Bir sənətkarın yaradıcılığında olduğu kimi, ümumi ədəbi prosesdə də hər şey bir-biri ilə qarşılıqlı əlaqədə olur. Ədəbi əlaqə iki aspektdə öyrənilir: yazıçı, yaxud ədəbi mühitin təsir altında olması və onun özünün təsir göstərməsi. Bir milli ədəbiyyat daxilində ədəbi əlaqə bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlərinə, yaxud sonrakı ədəbi nəsillərə təsiri, millətlərarası ədəbi əlaqə isə bir xalqın bədii kəşfləri və nailiyyətlərinin başqa bir xalqa təsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir. Antik yunan ədəbiyyatı, orta əsrlər Azərbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü ədəbiyyatı, Fransa Maarifçilik ədəbiyyatı, rus realist ədəbiyyatı beynəlmiləl əhəmiyyətə malikdir. Sənətin inkişafında müəyyən nisbi müstəqilliyə baxmayaraq, bədii şüurun inkişafında ümumi, təkrarlanan cəhətləri məhz sosial-tarixi və ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şərtləndirir.
Azərbaycan–Çağatay ədəbi əlaqələri
Azərbaycan-Çağatay ədəbi əlaqələri (az-əbcəd. آزربایجان–چاغاتای ادبی الاقلری‎) — Azərbaycan və Çağatay (qədim özbəkçə) dilləri və ədəbiyyatlarının bir-biri ilə əlaqəsi və bir-birinə təsiri. Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür. Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkçəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir. Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir.